Haqqımızda
TRAFİK360 icma dəstəyi ilə, demək olar ki, real vaxtda qəza, yol təmiri, yol bağlanması və sabit nəzarət məntəqələri barədə sizi məlumatlandıran sürücü təhlükəsizliyi tətbiqidir.
Məqsədimiz yolda sizi nə gözlədiyini əvvəlcədən bildirərək daha təhlükəsiz, daha az stresli və qaydalara daha uyğun sürüş təcrbəsi sunmaqdır.
Təhlükəsizlik yönümlü yanaşma
TRAFİK360 nəzarətdən yayınma vasitəsi deyil. Bildirişlərimiz sürücüləri əvvəlcədən məlumatlandıraraq sürət həddinə əməl etməyi və diqqətli sürməyi təşviq etməyi hədəfləyir.
Məxfilik önəmlidir
Yer məlumatları yalnız açıq razılığınızla emal edilir, məlumatın minimallaşdırılması prinsipinə görə toplanır və yalnız zəruri olan müddət saxlanılır. Razılığınızı istənilən vaxt geri götürə və ya hesabınızın silinməsini tələb edə bilərsiniz.
Müstəqil xəritə infrastrukturu
Xəritə infrastrukturumuz tamamilə öz serverlərimizdə, OpenStreetMap məlumatları əsasında işləyir — üçüncü tərəf xəritə provayderindən asılı deyilik.